Putin qondarma qurumun rəhbəri ilə görüşdü

Rusiya prezidenti Ukrayna ərazilərində yaradılmış qondarma “Donetsk XR” qurumunun “rəhbəri” Denis Puşilini qəbul edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, görüşdə regionla bağlı məsələlər müzakirə olunub.

 

“Rusiya Federasiyasının vəzifəsi Ukrayna Silahlı Qüvvələrini zərər verə bilməyəcəyi bir məsafəyə qədər geri oturtmaqdır. Hərbçilərin vəzifəsi ümumiyyətlə Donbasda döyüşlərin olmamasıdır”, – deyə Putin deyib.

 

O əlavə edib ki, bölgədə dəmir yolunun yeni hissələrinin tikintisi planlaşdırılır.

 

Qeyd edək ki, Rusiya “Donetsk XR”, “Luqansk XR”, Xerson və Zaporojye vilayətlərini ötən il ilhaq etdiyini açıqlayıb.

 

Mənbə


Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/milletinsesi.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share: