Nəhəng körpünün tikintisi ilə bağlı DETALLAR

Dövlət Ekoloji Ekspertiza Agentliyində Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması layihəsi üzrə ictimai dinləmə keçirilib.

 

Modern.az xəbər verir ki, agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov layihə ilə bağlı jurnalistləri maraqlandıran sualları cavablandırıb.

 

Mirsalam Qənbərov qeyd edib ki, yolun hazırlanması ilə bağlı iki il müzakirə aparılıb: “Bunun əsas səbəbi ekologiyaya ziyan vurulmamasıdır. Bu yolun çəkilməsi, layihələşdirilməsi üçün müvafiq orqanlar arasında müzakirələr aparılıb. Yolun keçdiyi ərazilər çox həssas yerlər olduğu üçün bu məsələni müzakirə etmək istədik. Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun ümumi uzunluğu 77 kilometrə çatır və 4 lotdan ibarətdir. İlkin apardığımız monitorinq təhlillərinə görə, bu yolun 26 hektarı meşə torpaqları, 5 hektarı milli parklar yəni xüsusi qorunaqlı torpaqlara təsadüf edir.

 

Yolun ümumi eninin 25 metr olması təklif edilmişdi. Müəyyən səbəblərə görə sonradan yolun eninin azaldılması üçün başqa yollar axtarmağa başladıq. Bütün bu texniki parametrlərin əsasında mütəxəssislərimiz belə qərara gəldi ki, yolun enin qısaltmaq olar. Haradasa 8 metr yolun eni qısala bilər. Qeyd etmək istəyirəm ki, yol iki zolaqlı olacaq. Bu yol üzərinə düşən ağacaların növü, sayı, bir sözlə. hər bir məqam diqqətə alınıb”,- deyə qurum rəhbəri bildirib.

 

Layihənin baş mühəndisi Ziya Qasımov isə qeyd edib ki, yeni yolun hazır vəziyyətə gətirilib təhlükəsiz şəkildə istifadəyə verilməsi üçün ölkədə ən böyük körpü tikiləcək.

 

“Ərazi sürüşmə zonasıdır. Həmçinin yolun mailliyi də çoxdur. Körpünün uzunluğu 1180, hündürlüyü isə 83 metr olacaq. Körpü Azərbaycanda ən böyük yol ötürücüsü olacaq.Yolun eni 9-10 metrə yaxındır. Ölkəmizdə turizmin inkişaf etdirilməsi ilə bağlı addımlar atılır. Məhz həmin turistik zonalara təhlükəsiz şəkildə çatmaq üçün işlər görülür”.

 

Mənbə


Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/milletinsesi.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share: