Gürcüstan-Azərbaycan sərhədinin 30 kilometrliyində – Azərbaycan ərazisində 5,1 bal gücündə zəlzələ baş verib.
Milletinsesi.az xəbər verir ki, bu məlumatı Gürcüstan Seysmik Monitorinq Milli Mərkəzi yayıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi də açıqlamasında zəlzələnin episentrdə 5 bal, ətraf rayonlarda 4-3 bala qədər hiss olunduğunu bildirib.
Qeyd olunub ki, yeraltı təkanlar yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 17 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ Tiflisdə də hiss olunub. Yeraltı təkanların episentiri 10 kilometr dərinlikdə yerləşib.