“Qalatasaray”da oynamaq karyeramın hazırkı dönəmində həyacanverici olar. Türkiyədə futbola böyük maraq var. Bu da futbolçuları motivasiya edən faktdır”.
Milletinsesi.az-ın Qol.az-a istinadən xəbərinə görə, bu sözləri “Qalatasaray”a transferi gümdəmdə olan “Monako”nun hücumçusu Radamel Falkao “FOX Sport”a açıqlamasında deyib.
Kolumbiyalı 33 yaşlı oyunçu bildirib ki, müqavilə imzalanmayana qədər transferi tamamlanmış saymaq olmaz: “Monako”da məşqlərdə iştirak etdiyimdən hadisələrdən kənar durmağa çalışdım. Ümid edirəm, transfer ən qısa zamanda həllini tapacaq”.
“TRT Spor”un xəbərinə görə, Falkao avqustun 12-də İstanbula gedərək “Qalatasaray”la müqavilə imzalayacaq.