İran neftini daşıyan Qreys-1 tankerinin ekipajını ağır nəticələr gözləyir.
Milletinsesi.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus deyib.
Qreys-1 İran İslam İnqilabı Keşikçiləri Korpusuna yardım edib, İrandan Suriyaya neft daşıyıb. Bu, Qreys-1-lə əlaqəli olan hər kəs üçün ciddi nəticələrə gətirib çıxara bilər”, – o bildirib.
Qeyd edək ki, Britaniya bir müddət öncə Cəbəllütariqdə saxlanılan Qreys-1 gəmisi və ekipaj üzvlərini azad edib.