İndoneziyada güclü zəlzələ baş verib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, zəlzələ 6.7 balla qiymətləndirilib.
Yeraltı təkan Yava adasının şərqində qeydə alınıb. Sunami təhlükəsi elan olunmayıb.
İtki və dağıntılar barədə məlumat verilməyib.