Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan tərəfi məlumat yayıb.
Telefon danışığı zamanı Qazaxıstan-İran münasibətlərinin vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Tərəflər nəqliyyat, logistika və ticarət sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün imkanları qeyd ediblər.
Dövlət başçıları regional və beynəlxalq gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.