Rəşad Dağlı hakim qarşısına çıxarılır

Rəşad Dağlı hakim qarşısına çıxarılır

Bu gün Meyxanaçı Rəşad Dağlının (Əmirov) törətdiyi cinayət işi üzrə ilk məhkəmə ixlası keçirilib.

 

Modern.az xəbər verir ki, məhkəməyə Leyla Əsgərova-Məmmədova sədrlik edəcək.

 

10:20-də başlayacaq iclasda meyxanaçının məlumatları dəqiqləşdiriləcək, ilkin dinləmələr keçiriləcək.

 

Qeyd edək ki, Rəşad Dağlı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşında bıçaqla qətlə yetirməkdə ittiham edilir. Hadisə ötən ilin noyabr ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verib.

 

Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham irəli sürülüb.

Mənbə

Share: