
Xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşdə Ermənistanda azərbaycanlı hərbçilərə işgəncə verilməsi məsələsini gündəmə gətirib.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi əlumat yayıb.
Nazir Azərbaycanın iki hərbçisinin əsir götürüldüyü, əsirlərdən birinə qarşı fiziki zorakılıq tətbiq edildiyi, onların dərhal azad edilməsinin vacib olduğunu bildirib.


