“Barselona”nın müdafiəçisi bir aydan artıq müddətə sıradan çıxıb

“Barselona”nın müdafiəçisi bir aydan artıq müddətə sıradan çıxıb

“Barselona”nın futbolçusu Serci Robertonun durumuna aydınlıq gəlib.

31 yaşlı müdafiəçi bir aydan artıq müddətə sıradan çıxıb.

O, “Xetafe” ilə qarşılaşmada zədələnib. Bu üzdən Roberto artıq 17-ci dəqiqədə əvəzlənib.

Futbolçu təxminən 5 həftə komandasına kömək edə bilməyəcək. O, cari mövsüm La Liqanın 20 görüşündə 4 qol və 1 assistə imza atıb.

Qeyd edək ki, “Barselona” bu qarşılaşmada qolsuz heç-heçə ilə kifayətlənib.

Mənbə

Share: