Zelenski ön cəbhəyə baş çəkdi

Zelenski ön cəbhəyə baş çəkdi

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya hərbçiləri tərəfindən hücuma məruz qalan və mühasirəyə alınan Avdiyevkadakı Ukrayna mövqelərinə baş çəkib.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, o, yerindəcə “Donetsk” əməliyyat-taktiki qruplaşması komandirinin cavabdeh olduğu ərazidəki vəziyyətlə bağlı məruzəsini dinləyib.

 

Prezident Dəniz Piyadaları Korpusunun, desant-hücum, mexanikləşdirilmiş və artilleriya bölmələrinin şəxsi heyəti ilə də söhbət edib, onlara xidmətlərinə görə təşəkkür edib.

 

Mənbə

Share: