Ukraynada ölən mülki şəxslərin SAYI 

Ukraynada ölən mülki şəxslərin SAYI 

2022-ci il fevralın 24-dən Ukraynada həlak olan mülki şəxslərin sayı 8,5 min nəfəri keçib.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının məlumatında bildirilir.

 

Aprelin 18-ə olan məlumata əsasən, Ukraynada müharibə başlayandan bəri 8534 mülki şəxs ölüb, 14370 nəfər yaralanıb.

 

Ölən mülki əhalinin dörddə üçündən çoxu – 6634-ü Ukraynanın qanuni hakimiyyət orqanlarının nəzarətində olan ərazilərdədir. Rusiyanın işğal etdiyi ərazilərdə 1900 dinc sakin həlak olub.

Mənbə

Share: