
149 nömrəli məktəbdə naməlum səbəbdən səhhətində problem yaranan və Kliniki Tibbi Mərkəzə aparılan şagirdlər hamısı evə buraxılıb.
Bu barədə məktəbdən olaraq bildirilib.
Qeyd edilib ki, aprelin 18-da 149 nömrəli tam orta məktəbdə özünü narahat hiss edən və məktəb rəhbərliyi tərəfindən dəvət olunmuş təcili-tibbi yardım tərəfindən səhiyyə müəssisəsinə yerləşdirilən şagirdlərin hamısı müvafiq müayinə və tibbi prosedurlardan sonra evə buraxılıb.


