Ermənistanda saxlanılan hərbçilərimiz ailəsinə MƏKTUB YAZDI

Ermənistanda saxlanılan hərbçilərimiz ailəsinə MƏKTUB YAZDI

Bu gün – 19 aprel tarixində BQXK nümayəndələri bu yaxınlarda Ermənistanda saxlanılan iki Azərbaycan vətəndaşına İrəvanda baş çəkiblər. Onlarla təkbətək görüş keçirilib və ailələri ilə “Qızıl Xaç Məktubu” vasitəsilə əlaqə yaratmaq imkanı verilib.

 

Bu barədə Modern.az-ın sorğusuna BQXK Azərbaycan nümayəndəliyindən məlumat verilib.

 

Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır.

Mənbə

Share: