Bakıda yeni liftlər: brayl əlifbası ilə təchiz olunub – VİDEO

Köhnə liftlər sökülərək yerində müasir görkəmli,eləcədə keyfiyyətli liftlər quraşdırılır.

Paytaxda yaşayış binalarında qəzalı vəziyyətdə olan liftlər yeniləri ilə əvəz olunur.Bu məqsədlə bu il ərzində Bakıya 542 lift gətiriləcək.

Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi tərəfindən bu sahədə böyük təcrübəsi olan Alman şirkəti ilə müqavilə imzalanıb. Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Xalid Ələkbərovun sözlərinə görə, ötən ay 63 ədəd lift Bakıya gətirilərək, pilot layihə kimi paytaxtın Nizami rayonunda quraşdırılmasına başlanılıb. Eyni zamanda Qaradağ rayonunda da çoxmərtəbəli binalarda istismar müddəti bitmiş liftlərin yenilənməsi işləri görülür.

Hazırda Nizami rayonu, Qara Qarayev prospekti 47 ünvanında yerləşən 10 bloklu, 9 mərtəbəli yaşayış binasında yeni liftlərin quraşdırılması başa çatıb. Eyni zamanda Naxçıvanski küçəsi və Qara Qarayev prospektindəki 3 yaşayış binasında da 22 ədəd yeni lift quraşdırılıb. Nəsimi küçəsi 32 a ünvanında isə köhnə lifltərin sökülərək yerində yenilərinin quraşdırlmasına başlanılıb.

Ümumilikdə isə Nizami rayonunda 39, Qaradağ rayonunda isə 42 ədəd yeni liftin quraşdırılması işi həyata keçirilir. Xalid Ələkbərovun sözlərinə görə, alınan liftlər keyfiyyət və texniki parametrlərinə görə müasir standartlara tam cavab verir. Yeni liftər müasir elekton sistemlə təchiz olunub.Bu liftlərin elektrik xətlərində açılma zamanı YPS sistemi olduğundan vətəndaşlar avtomatik təxliyə oluna bilirlər.. Eyni zamanda 542 ədəd lift üçün bir məntəqədən idarəetmə dispetçer sistemi qurulacaq və liftlərin göstəriciləri daim nəzarətdə olacaq.

Görmə qabiliyyəti məhdud olan şəxslər liftdən istifadəsi üçün çöl və içəri düymələrində mərtəbələr göstəriciləri brayl əlibası ilə işarələnib.

Ölkəyə yeni liftlərin tam gətirilməsi prosesinin noyabr ayında yekulaşması planlaşdırılır.

Share: