Layihələndirmə prosesində olan Zəngilan rayonunun Cahangirbəyli kəndinin nümayəndələri ilə görüş keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən Modern.az-a bildirilib ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi və Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən keçirilən görüşdə məqsəd kəndin tarixi, mədəni irsi və sosial dəyərləri, digər özəllikləri barədə ətraflı məlumat toplamaqdır.
Həmçinin görüşdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, istək və təklifləri dinlənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.




