![]()
Özbəkistan Ali Məhkəməsi Sovet dövründə repressiyaya məruz qalan 208 vətəndaşına bəraət verib.
Modern.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl 2022-ci ilin dekabrında SSRİ dövründə repressiyaya məruz qalan 173 nəfərə bəraət verilmişdi.
Qeyd edək ki, 1937-1953-cü illərdə Özbəkistanda 100 min insan repressiyaya məruz qalıb, onlardan 13 min nəfəri amansızlıqla güllələnib.


