
Qadın güləşçimiz Mariya Stadnik Xorvatiyada keçirilən Avropa çempionatında 50 kiloqram çəki dərəcəsində final görüşünə çıxıb.
Modern.az xəbər verir ki, idmançımız yarışda Ukrayna güləşçisi Oksana Livaçla üz-üzə gəlib.
Güləşçimiz rəqibini 9:4 hesabı ilə məğlub edərək Avropa çempionu olub.
Qeyd edək ki, bu, Stadnikin Avropada qazandığı 9-cu qızıl medal olub.


