Cinayətdə şübhəli bilinən 67 nəfər SAXLANILDI

Cinayətdə şübhəli bilinən 67 nəfər SAXLANILDI

Aprelin 20-də ölkə ərazisində qeydə alınan 59, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 82, o cümlədən borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

 

Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.

Mənbə

Share: