İlon Mask 12.6 milyard dollar itirdi 

İlon Mask 12.6 milyard dollar itirdi 

ABŞ-ın elektromobil istehsalçısı “Tesla” şirkəti 2023-cü ilin birinci rübünün nəticələri ilə investorları məyus edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

 

Bildirilir ki, şirkətin səhmləri ilin ilk rübündə 9,75% ucuzlaşıb.

 

“Tesla”nın səhmlərinin qiymətinin düşməsi şirkətin sahibi İlon Maskın sərvətinə də təsir edib.

 

“Bloomberg Billionaires Index”in məlumatına görə, onun sərvəti 12,6 milyard dollar azalıb.

 

Onun “Tesla”dakı 163,9 milyard dollarlıq payı sərvətinin əsas hissəsini təşkil edir.

Mənbə

Share: