
Azərbaycan Premyer Liqasında XXXI turun açılış oyununda “Kəpəz” “Şamaxı” klubunun qonağı olub.
Modern.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən matçda oyun bərabərə başa çatıb – 1:1.
Oyundan sonra xallarını 29-a çatdıran “Kəpəz” 7-ci pillədəki mövqeyini qoruyub. 23 xalı olan “Şamaxı” isə 9-cu sırada qərarlaşıb.
Günün ikinci görüşündə “Qarabağ” “Zirə”ni qəbul edəcək.


