
Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı ATƏT-in Minsk qrupunu tənqid edib.
Modern.az xəbər verir ki, o, təşkilatın böhran içində olduğunu bildirib.
O qeyd edib ki, Minsk Qrupunun həmsədrləri – ABŞ, Rusiya və Fransa bir-biri ilə ünsiyyət qurmur.
“Həmsədrlər bir-biri ilə danışmırlar, “mən onunla eyni masada oturmayacağam” deyirlər”, – Paşinyan deyib.
Xatırladaq ki, ötən il Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minsk qrupunun fəaliyyətini dayandırdığını bildirib: “Qrup fransa və amerikalı üzvlərinin təşəbbüsü ilə fəaliyyətini dayandırıb”.


