Pikenin anası ilk dəfə Şakiradan danışıb

Pikenin anası ilk dəfə Şakiradan danışıb

Futbolçu Jerar Pikenin anası Montserrat Bernabeu oğlunun məşhur müğənni Şakiradan qalmaqallı şəkildə boşanmasından sonra ilk dəfə sükutu pozub.

Bernabeu “Barcelona TV Collapse” proqramında iştirak edib. O, şəxsi həyatı ilə bağlı suallardan yayınmağa çalışıb, lakin çəkilişdən sonra Şakiranı təcavüzkar hesab etdiyini söyləyib. O bildirib ki, Şakiranın Pikedən 10 yaş böyük olmasını heç vaxt dəstəkləməyib.

Qeyd edək ki, Şakira Pikedən xəyanətə görə ayrılıb. İkili 11 il münasibətdə olub. Onların iki oğul övladı var – 9 yaşlı Milan və 7 yaşlı Saşa. Şakira ötən günlərdə övladlarını da götürərək Barselonanı tərk edib.

Mənbə

Share: