“Rusiya qoşunları Baxmutu mühasirəyə ala billmir”

“Rusiya qoşunları Baxmutu mühasirəyə ala billmir”

“Baxmutda “həyat yolu” uğrunda şiddətli döyüşlər davam edir…”

“Düşmənin hücum əməliyyatları uğursuz həmlələrlə nəticələnir…”

“Vaqnerçilər”in fəal həmlələrinə rəğmən, işğalçılar Baxmut şəhərini dövrəyə ala bilməyib.

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) növbəti hesabatında deyilir.

İşğalçılar Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərini nəzarətə götürmək üçün uğursuz cəhdlərini davam edir. Lakin hələlik düşmənin hücum əməliyyatları uğursuz həmlələrlə nəticələnir.

Analiyiklər aprelin 21-də dərc edilən geolokasiya kadrlarına istinad edir. Kadrlardan görünür ki, işğalçılar Baxmutdan qərbdə yerləşən Xromovo şəhərindən şimal-qərbə O0506 yoluna doğru irəliləməyə müvəffəq olub.

Rusiyalı “hərbi müxbirlər” deyir ki, “Vaqner qrupu” özəl hərbi şirkətinin muzdluları bu rayonda yerləşən yollara hücum etməyə və şəhəri mühasirəyə almağa cəhd edir. Lakin aprelin 22-si tarixinə uğur qazanılmayıb.

Bundan öncə rusiyalı blogerlər iddia edib ki, Ukrayna Silahlı Qüvvələri (USQ) öz qruplaşmasının təchizatının təmin edilməsi üçün səhra yollarına, o cümlədən İvanovskoye kəndindən keçən yollara bel bağlayır. 

Bu zaman məlumat verilib ki, yolun nəm olması səbəbindən USQ, mümkündür ki, artıq müəyyən müddətdə bu məqsədlə O0506 yolundan istifadə etmir. Lakin bəzi rusiyalı “hərbi müxbirlər” iddia edir ki, USQ tırtıllı texnikadan istifadə edə bilər.

ISW həmçinin hələlik “vaqnerçilər” desantının Rusiya MN-nin əvvəllər məlumat verdiyi kimi şəhərin qərbində üç məhəllənin ələ keçirməsini təsdiq edə bilmir.

Bəzi rusiyalı blogerlər həmçinin deyib ki, Rusiya qüvvələri cənub və mərkəzi Baxmutda, habelə Olimpiya ehtiyatları məktəbinə yaxın (şəhərin qərbi) irəliləyişə nail olub.

Ukrayna Silahlı Qüvvələri Baxmutda “həyat yolu” uğrunda şiddətli döyüşlər aparır

Xatırladaq ki, aprelin 22-də hərbi-siyasi analitik Aleksandr Kovalenko deyib ki, Baxmut istiqamətində ən şiddətli döyüşlər 0504 yoluna  nəzarət uğrunda gedir. Bu yol USQ üçün mühüm təchizat yolu olduğundan “həyat yolu” adlanır.

Bu zaman Kovalenko Ukrayna ordusunun yağışlı hava səbəbindən çətinliklərlə üzləşdiyini deyib.

O, təsdiq edib ki, hazırda səhra yollarından yalnız tırtıllı texnika keçə bilər və əlavə edib ki, havanın əlverişsiz olması, təəssüf ki, qoşunlarımıza Baxmutun müdafiə edilməsində kömək etmir. Lakin analoji çətinliklərlə düşmən də üzləşir.

Mənbə

Share: