“Rusiya siyasətçiləri intellektual fikirlərin daşıyıcıları deyil və klassik rus cəfəngiyyatı səsləndirirlər…”

“Rusiya siyasətçiləri intellektual fikirlərin daşıyıcıları deyil və klassik rus cəfəngiyyatı səsləndirirlər…”

“Ukraynanın subyektliyi Rusiyaya nisbətən daha yüksəkdir…”

 

 

Podolyak Peskovu “tutuquşu-adam” adlandırıb və ona Finlandiyanı “NATO-ya buraxmamağa” çağırış edib

 

 

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın digər yüksək vəzifəli siyasətçiləri ilə yanaşı düşündürücü heç nə danışmır, tutuquşu kimi eyni şeyləri təkrarlayır.

 

 

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak “24 kanal” nəşrinə müsahibəsində bəyan edib.

 

Təcavüzkar ölkənin nümayəndəsi Peskov bu günlər jurnalistlərə bəyan edib ki, “Ukraynanın NATO-ya buraxılmaması” Rusiyanın Ukraynaya qarşı müharibəsinin məqsədlərindən biridir.

 

Aparıcı Podolyakdan bunu şərh etməyi xahiş edib.

 

“Peskov nəsə deyib…Peskov intellektual fikirlərin daşıyıcısı deyil, bu, tutuquşu-adamdır. Bu adam daima nələrisə təkrarlayır. Baxın, müharibənin 14 ayından sonra o, təkrar edir: “Biz Ukraynanı NATO-ya buraxmayacağıq”. Dostum, sən 1270 km ümumi sərhəddə malik olan Finlandiyanı NATO-ya buraxma”, – Podolyak deyib.

 

O, vurğulayıb ki, Rusiya XİN rəhbəri Sergey Lavrov və Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev kimi Peskov da “heç nəyin daşıyıcısı deyil” və tammiqyaslı hərbi müdaxilənin 14 ayı müddətində “klassik Rusiya cəfəngiyyatı” söyləməkdə davam edir.

 

Podolyak diqqəti ona cəlb edib ki, Ukraynaya hərbi müdaxilədən öncə deyilən sözlər başqa ölkələrin siyasi elitalarının şüuruna təsir göstərib. İndi isə “Ukraynanın subyektliyi Rusiyaya nisbətən xeyli yüksəkdir”.

 

Rusiya siyasətçilərinin bəyanatları isə yalnız Qərb tərəfdaşlarına Rusiyanın baş verənlərə nə qədər reallıqdan uzaq baxış sərgilədiyini, güzəştlərə getmədiyini və öz hərəkətlərinin nəticələrini anlamadığını nümayiş etdirmək üçün lazımdır.

 

“NATO-da olmaq istəsək, olacağıq. Avropa İttiaqında olmaq istəsək, olacağıq. MDB-də olmaq istəməsək, olmayacağıq. Bu, müharibənin mühüm nəticələrindən biri ola bilər. Rusiya anlamalıdır ki, o, yalnız daxili bazarda, bir-birinə məsləhət verə bilər…Rusiya anlamalıdır ki, suverenlik elə suverenlik deməkdir”, – Podolyak deyib.

 

Kontekst:

 

Ukrayna 2014-cü ildə Krımın Rusiya tərəfindən işğalı və Donbasda hərbi münaqişə fonunda NATO ilə əməkdaşlığı fəallaşdırıb. Alyansa daxil olmaq kursu Ukrayna Konstitusiyasında təsbit edilib.

 

2018-ci ildə NATO Ukraynanın Alyansa namizədlik statusunu tanıyıb, 2020-ci ildə Ukrayna genişləndirilmiş imkanlar tərəfdaşı statusunu alıb.

 

14 iyun 2021-ci ildə NATO-nun Brüsseldə keçirilən sammitin yekun sənədində qeyd edilib ki, Alyans Ukraynanın NATO-ya daxil olmasını dəstəkləyir.

 

30 sentyabr 2022-ci ildə işğalçı Rusiyanın prezidenti Putin Ukraynanın işğal edilmiş ərazilərinin ilhaqını elan etdikdən sonra Ukrayna prezidenti Zelenski məlumat verib ki, Ukrayna NATO-ya sürətli prosedur üzrə qəbulu üçün sorğu göndərir.

 

NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Ukraynanın NATO-ya üzvlüyü barədə danışıqların başlanması üçün ilkin şərt olaraq onun qələbəsi ola bilər və bu işdə Alyans üzvləri ona kömək edir.

Mənbə

Share: