Bakıda boya sexində yanğın başladı

Bakıda yanğın başlayıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən boya sexində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

BNA-dan Milletinsesi.az -a verilən xəbərə görə, yanğınsöndürmə texnikalarının və digər operativ nəqliyyat vasitələrinin hadisə yerinə maneəsiz gəlməsi, eləcə də ərazidə sərbəst hərəkət etməsi üçün sürücülərdən zərurət olmadığı halda “Ulduz” stansiyası ilə Heydər Əliyev prospektini birləşdirən Araz küçəsindən istifadə etməmələri xahiş olunur.

Share: