Tavuşun hərbi komissarını döyüb onurğasını sındırdılar

Tavuşun hərbi komissarını döyüb onurğasını sındırdılar

Ermənistanın Tavuş vilayətində hərbi komissar Lernik Ohanyan ağır döyülüb.

 

Modern.az “Aravot”a istinadən xəbər verir ki, onun onurğa sümüyü sınıb.

 

Qəzet yazıb ki, Ohanyanla 2 yerli sakin arasında insident bu yaxınlarda Berddəki yanacaqdoldurma məntəqələrindən birinin ərazisində baş verib.

 

Faktla bağlı cinayət işi başlanıb. Xəsarət alan hərbi komissar əməliyyat olunub, o, xəstəxanadadır.

Mənbə

Share: