Rusiya qırıcısı alışaraq suya düşdü

Rusiya qırıcısı alışaraq suya düşdü

Murmansk vilayətində MiQ-31 qırıcısı göyərtəsində baş verən yanğın nəticəsində qəzaya uğrayıb.

Bu barədə çərşənbə günü hüquq-mühafizə orqanlarından məlumat verilib.

“Planlı uçuşun icrası zamanı MiQ-31-in mühərriklərindən biri alovlanıb. İlkin məlumatlara görə, təyyarə gölə düşüb”, – məlumatda bildirilib.

 

Qeyd olunub ki, hər iki pilot vaxtında xilas olmağı bacarıblar. Onların həyatı təhlükədə deyil.

Mənbə: TASS

Mənbə

Share: