Rusiya şirkəti Türkiyədə yanacaqdoldurma məntəqələri işlədəcək

Rusiyanın ən böyük neft şirkətlərindən biri olan “Tatneft” Türkiyədə yanacaqdolurma məntəqələrinə sahib olan şirkəti alıb.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Tatneft” Türkiyənin “Aytemiz Akaryakıt” yanacaq şirkətinin 100%-lik payını alıb.

 

Əməliyyatın ümumi həcmi 336 milyon ABŞ dollardır.

 

Qeyd edək ki, “Aytemiz Akaryakıt”ə Türkiyənin 77 vilayətində 570 yanacaqdoldurma məntəqəsi daxildir.

Mənbə

Share: