Bakı Ağır Cinayətlər Məhkəməsinin üç hakimi təqaüdə göndərilir.
Modern.az APA-ya istinadən xəbər verir ki, onlar – İradə Həsənzadə, Məhəmməd Əkbərov və İlham Mahmudovdur.
Yaş həddi ilə bağlı 3 aydır bu hakimlərin icraatına yeni cinayət işləri verilmir. Onlar araşdırdıqları sonuncu işləri yekunlaşdırdıqdan sonra hakimlik səlahiyyətləri sonlandırılacaq.
Qeyd edək ki, İradə Həsənzadə, Məhəmməd Əkbərov və İlham Mahmudov 1958-ci ildə anadan olublar. Bu il onların 65 yaşı tamam olur.
İradə Həsənzadə 12, Məhəmməd Əkbərov 5, İlham Mahmudov 4 ildir Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir.