“Türkiyədə uşaq evlərindən çıxan uşaqlar işlə təmin edilir, 90 faizi dövlət işinə göndərilir. Amma bizdə belə deyil”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri komitəsinin iclasında komitə sədri Hicran Hüseynova deyib.
“Biz çalışırıq ki, ailə özü o məsuliyyəti daşısın, özünü uşağı böyütsün. Bu isə əksinə olmalıdır”, – deyə komitə bildirib.
Onun sözlərinə görə, uşaq evlərində nəinki valideynsiz, bir, hətta hər iki valideyni olan uşaqlar da var.