Ata zəlzələdən sağ çıxan qızını güllələdi, sonra intihar etdi

Türkiyənin Adıyaman şəhərində zəlzələdən zərərçəkmiş Ferit Dayan adlı şəxs dəhşətli cinayət törədib.

 

Modern.az xəbər verir ki, fevralın 6-da baş verən təbii fəlakətdə həyat yoldaşı və iki övladını itirən Ferit Dayan zəlzələdən sağ çıxan qızı, 12 yaşlı Asya İrem Dayanı güllələyib.

 

Belə ki, bağçada oynayan qızını yanına çağıran F.Dayan tapança ilə onu vurub, daha sonra özünü güllələyərək, intihar edib.

 

Hadisə yerinə təcili tibbi yardım və polis qrupları cəlb olunub. Azyaşlı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ferit Dayanın meyiti aidiyyəti üzrə təhvil verilib. 

 

Onun hansı səbəbdən belə cinayət törətməsinin səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Mənbə

Share: