Yıxılanı baltalamazlar

İri məmurları, deputatları , varlı insanları çox vaxt övladları və yaxın qohumları bada verir. Əksərən fərsiz övladların səhvlərini valideynlər çəkir.

Hər kəsin qohum-əqrabasında intellekt sahibi olanlar və intellekti olmayan- hozular var. Həmin hozular birdən-birə çox “qabağa” gedir və ayağının altını görmürlər. Nəticədə hozular özlərini də öndə gedən ağıllılarını da bada verir.

Deyəsən, bu dəfə də Lerikin deputatı İqbal Məmmədov oğlunun və qardaşının güdazına gedəcək. “Relax” istirahət mərkəzində vəzifəsini yerinə yetirmək istəyən vergi əməkdaşlarına qarşı edilən kobud hərəkətlər adı çəkilən mərkəzin əsas şəriki olan Məmmədova əməlli problem yaradıb.

Məmmədovlar ömürlərinin ən dəhşətli məqamlarını yaşayırlar; bir ailənin altı üzvü həbs olunub, başçıları -deputat İqbal Məmmədov haqqında indiyə qədər edilən bütün araşdırılmayan şikayətlər yenidən gündəmə gətirilərək izahatı alınır.

Bir sözlə, Məmmədovlar hər tərəfdən hücuma məruz qalıb. Sosial şəbəklərdə ”məmə deyəndən pəpə deyənə kimi” hamı İqbal Məmmədovun əlehinə kampaniya aparır; kimisi onu Erməni kəşfiyyatının ünsürü olan Əlikram Hümbətovla şərləyir, kimisi onun keçmişdə qabyuyan olması ilə aşağılamağa çalışır, kimisi onu yolkəsən, kimisi çayları zibilləyən adlandırır.

1.Əlikram Hümbətov ermənilərin yetişdiriyi bir həşaratdır ki, onun vasitəsilə ölkənin suverenliyini təhlükə altına qoymaq istəyirdilər. Aydın Canıyev demişkən “onun pis xislətini millətimiz ürəyində qoydu və əvəzində Hollandiyaya göndərib işini orda həll edib geyləşdirdilər”. Sonda bu üzdəniraq öz qohumlarının yanına getdi, yəni  Ermənistana. Sizlər isə cənubdan olan istedadlı və tanınmış insanları onun adına bağlayıb şərləməklə Hümbətovun işinin davam etdirirsiz.

2.Tələbə olanda özünün və tələbə yoldaşının yemək yediyi qabları yumaq haçandan girənlik sayılır. Yaxud da İqbal Məmmədov hardan bilirdi ki, gələcəkdə Rövnəq Abdullayev SOCAR-ın prezidenti olacaq?
Dünənə qədər niyə yox idi bunlar? Sabah İqbal Məmmədov  nazir təyin olunsa, qapısında boynunu bükərək nə qədər yaltaq növbə çəkəcək? Axı bizim babalarımız belə olmayıb. Düşmənini də arxadan vurmayıb. Yıxılanda, pis günündə namərdlik etməyib.

Bir də ki, biz Almaniyada yaşamırıq. Azərbaycanda olan iri obyektlərin əksəriyyəti eyni gündədir. Yəni nazirlərin, icra başçılarının, deputatların krişalıq etdiyi ticarət mərkəzləri, bazarlar, şadlıq sarayları, üzgüçülük hovuzları, restoranlar, sanatoriyalar bizneslərini vergidən gizlədərək büdcəyə milyonlarla zərər vurur. Təkcə “Relax” istirahət mərkəzində qeyri-qanunu hadisələr baş vermir ki, hamılıqla onun üzərinə hucüm çəkib onları zərərsizləşdirəsən. Bəlk də Azərbaycanda elə şirkətlər varki, vergi işçiləri onun həndəvərinə yaxın düşə bilmir.

Sanatoriyalara istirahət etmək üçün Həmkarlar İttifaqının verdiyi göndərişlərdə yazılan şişirdilmiş qiymətləri niyə araşdıran yoxdur? Çünki başında Səttar Mehbalıyev durur. İndiyə qədər niyə heç bir obyektin önündə onun aylıq ödədəyi vergi rüsümu yazılmır?

Yeni Vergilər nazirlyinin  turizm sahəsində brendə çevrilən “Relax” istirahət mərkəzində yoxlama apararaq tam şəffaflığa nail olması alqışlanandır. Amma bütün monopoliya altına alınan sahələrdə tam şəffaflığa nail olunsa yaxşıdır.

İqbal Məmmədovu bir dəfə deputat seçilməmişdən əvvəl görmüşəm. O vaxt çox yaxşı insan idi. Hətta mənə “nə problemin olsa gəl şirkətə həll edim”, dedi. Bir aydan sonra onun şirkəti “Kaspı-Yıldız”a işim düşdü və ora getdim. Nə İqbal müəllimi tapdım, nə də işimə yarıyan olmadı. Amma onun çox insana kömək etdiyi eşitmişəm. Belə insanlara yıxılan kimi balta vurmaq düzgün deyil. Dövlət orqanları onsuz da günahkarları cəzalandıracaq.

Bəlkə də deputat olandan çox şey dəyişdi. O kresloya baxmaq lazımdı. Nə problem varsa, orda var.. Ya çox yumşaqdı, ya da bilmirəm.. Amma yenə də yıxılanı baltalamazlar..

Talıb Əhədov

Milletinsesi.az

Share: