
Son 14 mövsümdə ilk dəfə Azərbaycan Kubokunun yarımfinal mərhələsində heç-heçə qeydə alınmayıb.
Analoji hadisə sonuncu dəfə 2008/2009 mövsümündə yaşanıb.
Cari mövsümün yarımfinalında “Neftçi” ilə “Turan Tovuz”un duellərində tərəflər evdə (0:1, 2:0) qalib gəliblərsə, “Qəbələ” “Səbail”i hər iki matçda (3:2, 1:0) məğlub edib.
2008/2009 mövsümündə isə “Qarabağ” “Bakı”nı iki dəfə (2:1, 2:1) üstələyib, “İnter”lə “Qəbələ” isə ev görüşündə (5:0, 0:2) qalib gəlib.
Sonrakı mövsümlərdə yarımfinal mərhələsində ən azı bir matç sülhlə tamamlanıb.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən yarımçıq qalan 2019/2020 mövsümündə yarımfinal cütləri müəyyənləşsə də, qarşılaşmalar baş tutmayıb.


