“Azərbaycanda uran yataqlarının aşkarlanması gündəmdə deyil

“Azərbaycanda uran yataqlarının aşkarlanması ilə bağlı tədqiqatlar aparılmır və bu məsələ gündəmdə deyil”.

Bunu “APA-Economics”ə “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri, akademik Adil Qəribov deyib.

Onun sözlərinə görə, Sovet dövründə Azərbaycan ərazisində həyata keçirilən “Koltsovksi” ekspedisiyasının nəticəsində orta radiasiya fonu səviyyəsindən nisbətən yüksək olan zonalar qeydə alınıb.

A.Qəribov bildirib ki, həmin zonalarda dəqiqləşdirmə işləri aparılır: “Heç bir uran kəşfiyyatı və uran yataqlarının müəyyən olunması məqsədi qarşıya qoyulmayıb. Uran yataqların kəşf olunması üzün müddətli tədqiqatların nəticəsindən asılıdır və onlar yataq kimi dövlət qurumları tərəfindən qeydiyyata alınır. Bu sahədə nə tədqiqatlar aparılır, nə də qərar verilib. Ona görə Azərbaycanda uran yataqlarının olması haqqında söz demək hələ tezdir”, – deyə A.Qəribov qeyd edib.

Share: