
Xalq artisti “Şöhrət” ordenli qarmon ifaçısı Aftandil İsrafilov “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.
Modern.az xəbər verir ki, bu barədə APA-ya sənətçinin yaxınları məlumat verib.
Qeyd olunub ki, dəfn bu gün saat 16:00 üçün nəzərdə tutulub.
Xatırladaq ki, uzun müddətdir, kəskin plevritdən əziyyət çəkən Aftandil İsrafilov bu gün vəfat edib.