Qiyməti 12 milyon 800 min dollar olan maşın Bakıya gətirildi

Dünyanın ən bahalı avtomobili “Rolls-Royce Sweptail” Bakıya gətirilib.

Qaynarinfo.az-ın xəbərinə görə, həmin avtomobil “Baku Cargo Terminal”a tranzit olaraq gəlib.

Avtomobilin sahibi çinli iş adamıdır və o, avtomobil kolleksioneridir.

Bu avtomobil onun üçün individual olaraq bir nüsxədə hazırlanıb.

Qeyd edək ki, “Rolls-Royce Sweptail”in qiyməti 12 milyon 800 min dollardır.

Share: