Bu gün iranlı nazirin impiçment məsələsinə baxılır

İranın sənaye, mədən və ticarət naziri Seyid Reza Fatemi Əminin İslam Şurası Məclisi tərəfindən impiçment məsələsinə baxılır.

Bu barədə ISNA məlumat yayıb.

Məlumata əsasən, nazirin impiçment olunmamaq üçün millət vəkillərinə 75 bahalı avtomobil verdiyi bildirilir.

İclasda çıxış edən nazir Fatemi Əmin isə ittihamlarla razılaşmayıb.

Parlamentin iclasında İran Prezidenti İbrahim Rəisi də iştirak edir.

Mənbə

Share: