“90 illik sovet tarixinə malik olan “Komsomolskaya pravda” Rusiyanın ən nüfuzlu qəzetinə çevrilib…”

“Qəzetin materiallarında nasizmin xatırlanması və LGBT-nin təbliği “aşkar edilib”…

 

Putinin sevimli qəzetinə iki donos yazılıb, polis işə keçib

 

Rusiyada “Komsomolskaya pravda” qəzeti krossvordda nasizmin xatırlanması və LGBT təbliğatının yayılması ilə bağlı yoxlanılır.

 

Moderator.az xəbər verir ki, bu barədə “Baza” Telegram-kanalı yazıb.

 

Məlumata görə, “Komsomolskaya pravda” qəzetinə donos aprelin 26-da polisdən daxil olub. 

Qəzetin oxucularından biri, qrammatik tapmacalar həvəskarı krossvordun suallarında Üçüncü Reyxin fəaliyyəti barədə mətndən şübhələnib.

Ayıq-sayıq vətəndaşın fikrincə, bu, Rusiyanın qüvvədə olan qanunvericiliyini pozur, ona görə də KİV cəzalandırılmalıdır.

Eyni zamanda “Komsomolka”nın digər oxucusu LGBT-ni təbliğ edən materiallar aşkar edib və həmçinin hüquq-mühafizə orqanlarına müraciət edib.

Rusiya DİN və ”Komsomolskaya pravda” qəzeti hələlik bu məlumatı nə təsdiq, nə də təkzib edib.

Rusiyanın siyasi jurnalisti, publisisti və yazıçısı Oleq Kaşinin iddiasına görə, 90 illik sovet tarixinə malik olan “Komsomolskaya pravda” Rusiyanın ən nüfüzlu qəzetinə çevrilib.

Vladimir Putinin hakimiyyətə gəlişilə “Komsomolskaya pravda” lap əvvəldən yeni prezidentə öz loyallığını elan edib, prezident də buna qarşılıq verib.

“Komsomolskaya pravda” qəzeti Vladimir Putinin reklama çəkilməyə razı olduğu yeganə qəzetdir demək kifayətdir.

“Putinin sevimli qəzeti”nin obrazı “Komsomolskaya pravda” qəzetinin imicinin mühüm tərkib hissəsidir. 

Onun müxbiri Aleksandr Qamov Andrey Kolesnikovla bərabər başlıca ulduz olaraq qalmaqdadır.

Putin dəfələrlə redaksiyaya gəlib, bəzən redaksiyanın qonaqlarından kimləsə söhbət etmək üçün zəng edib.

Rusiyanın yüksək vəzifəli məmurları başqa qəzetlərə nisbətən “Komsomolka”ya daha tez-tez müsahibələr verir. 

Bu, həqiqətən Rusiyanın əsas rəsmi qəzetidir, ikinci belə qəzet yoxdur”,  Kaşin qeyd edib.

Mənbə

Share: