Geryenin “Neftçi”dəki gəliri açıqlandı

Yay fasiləsində “Qarabağ”la yollarını ayıran Donald Gerye “Neftçi”yə keçməyə yaxındır.

Qol.az xəbər verir ki, Haiti mətbuatı Geryenin paytaxt təmsilçisi ilə 2 illik müqavilə imzalayacağı və sentyabrın 1-nə qədər komandanın düşərgəsinə qoşulacağını yazıb.

Geryenin yeni müqavilə ilə aylıq 35 min dollardan çox məvacib alacağı da bildirilib. Tərəflər arasında razılığa əsasən müqavilə imzalandıqdan sonra müdafiəçinin illik məvacibinin yarısını bəribaşdan alacağı da qeyd olunub.

Xatırladaq ki, Haiti millisinin üzvü 2017-ci ilin yayında Türkiyənin “Alanyaspor” klubundan “Qarabağ”a keçmişdi. Bu yay o, Ağdam təmsilçisi ilə yeni sözləşmə ilə bağlı razılığa gəlsə də, tərəflər son anda müqaviləni uzatmaqdan imtina etmişdi

Share: