Bu gün ABŞ-da dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Modern.az xəbər verir ki, ABŞ Dövlət Departamenti görüşlə bağlı bəzi məlumatları açıqlayıb.
Bildirilir ki, görüş Corc Şultz adına Milli Xarici İşlər Təlim Mərkəzində baş tutacaq. Blinken əvvəlcə yerli vaxtla saat 8:30-da (Bakı vaxtı ilə 16:30) Ermənistan XİN başçısı Ararat Mirzoyanla, saat 09:00-da (Bakı vaxtı ilə 17:00) Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
Yerli vaxtla saat 09:45-də (Bakı vaxtı ilə 17:45-də) üçtərəfli görüş keçiriləcək.
Bundan əvvəl Xarici İşlər Nazirliyi bildirib ki, görüş zamanı Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.