Qarabağdakı separatçı-terrorçu rejim rəhbərliyi Rusiya “sülhməramlı” qüvvələrinin komandanı Aleksandr Lentsovla danışıb və o, danışıqlar üçün Bakıya getdiyini bildirib.
Moderator.az xəbər verir ki, “ArmenianReport”un yazdığına görə, bunu baş separatçı Arayikin yanında “antiböhran şurası”nın sədri Tiqran Petrosyan bu barədə öz “Facebook” səhifəsində canlı yayımda bildirib.
“Ruslar azərbaycanlılarla danışıqlar apardıqlarını əsas gətirərək çərşənbə gününə qədər gözləməyə çağırırlar. Biz tərəddüd etməməliyik, ruslara xalq olduğumuzu göstərmək üçün addımlar atmalıyıq. Onlar vaxtı uzadıırlar” -deyən T. Petrosyan Qarabağdakı haykları meydana çıxmağa çağırıb və Rusiya tərəfinə tələb irəli sürüb.
“Əgər ruslar desələr ki, bunu etmirlər və ya bacarmırlar, biz hakimiyyətdəkilərə deyəcəyik: əgər siz BMT-yə müraciət etməsəniz, biz özümüz oraya dövlət səviyyəsində müraciət edəcəyik. Əgər BMT cavab verməsə və biz bütün dünyanın erməni xalqından üz döndərdiyini başa düşsək, biz özümüz nəticə çıxarıb addımlar atacağıq”, – deyə o, əlavə edib.
Xatırladaq ki, bu günlərdə “sülhməramlı”ların yeni komandanı A.Lentsov həmin T.Öpetrosyan başda olmaqla görüşdüyü separatçı rejim nümayəndələrinə “tezliklə Laçın yolunu açacağına” söz verib.
Sultan Laçın