Hüquq müdafiəçisi geyimə görə həbs edildi – 24 il

İranda məcburi hicaba dinc etiraz edən hüquq müdafiəçisi Səba Kürd Əfşari 24 il həbsə məhkum edilib.

Axar.az xəbər verir ki, bu barədə onun vəkili Hüseyn Tac Tvitter səhifəsində məlumat yayıb.

O, müvəkkilinə qarşı çıxarılan ağır həbs cəzası ilə bağlı Apellyasiya Məhkəməsinə müraciət edəcəyini bildirib.

Qeyd edək ki, xanım S.K.Əfşari may ayında saxlanılıb.

Share: