BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Bazar ertəsi , Sentyabr 23 2019

Meksikada barın qəsdən yandırılması nəticəsində 23 nəfər ölüb


Meksikanın cənubunda bir barın naməlum şəxslər tərəfindən qəsdən yandırılması nəticəsində 23 nəfər ölüb, daha 13 adam yaralanıb.
Milletinsesi.az Xezerxeber.az-a istinadən  xəbər verir ki, Verakruz əyalətindəki Koatzakoalkos rayonunda “Kaballo Blanko” adlı bara gecə saatlarında basqın edən silahlı şəxslərin bu əyləncə məkanını yandırması nəticəsində 15 kişi və 8 qadın həlak olub.
Verakruz polisi bildirir ki, terrorçular benzinli bombalardan istifadə ediblər və hadisə yerindən qaça biliblər. Əyalətin qubernatoru Kuitlahuak Qarsiya bəyan edib ki, insident cinayətkar qruplaşmalar arasında hesablaşmanın nəticəsidir. O əlavə edib ki, bu hadisə ötən ay Uruapan şəhərində 19 nəfərin ölümü ilə nəticələnmiş terror aktından sonra ikinci ən böyük cinayətdir. Qubernatorun sözlərinə görə, cinayətkar dəstələri zərərsizləşdirmək üçün ordu və Milli qvardiya birgə əməliyyat tədbirləri həyata keçirirlər.