Özbəkistan-Qırğızıstan sərhədində ZƏLZƏLƏ

Qırğızıstan-Özbəkistan sərhədində zəlzələ baş verib.

 

Modern.az “Kun.uz”a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Respublika Seysmik Predikativ Monitorinq Mərkəzi məlumat yayıb.

 

Bildirilib ki, mayın 2-də yerli vaxtla saat 09:46-da Qırğızıstan ərazisində 4.3 bal gücündə zəlzələ qeydə alınıb. Dərinliyi 10 kilometr olan zəlzələnin episentrindən paytaxt Daşkəndə qədər olan məsafə şimal-şərq istiqamətində 205 kilometrdir.

 

Özbəkistan ərazisində yeraltı təkan Namanqan vilayətinin Yenikurqan rayonu və Kəsənsay rayonunda hiss olunub.

 

Dağıntı və itki barədə məlumat yoxdur.

Mənbə

Share: