Peskov taxıl sazişindən DANIŞDI

“Taxıl sövdələşməsinin Rusiya kənd təsərrüfatı sektoruna aid hissəsində şərtlər yerinə yetirilməyib, vaxt daralır”.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

“Taxıl müqaviləsi ilə bağlı təmaslar davam edir, lakin indiyədək heç bir nəticə verməyib. Kreml taxıl müqaviləsi ilə bağlı gələcək təmasların səviyyəsini, vaxtını və yerini dəqiqləşdirmir. Almaniyanın Ukraynadakı münaqişədə birbaşa və dolayı iştirakı hər gün artır. Putin bu gün videokonfrans vasitəsilə Mariupolda (Rusiya tərəfindən işğal olunmuş Ukrayna şəhəri – red.) tramvayın işə salınması mərasimində iştirak edəcək”, – deyə sözçü bildirib.

Mənbə

Share: