Sosial şəbəkələrdə Ermənistanda uşaqlara hərbi təlimlərin keçilməsi ilə bağlı görüntülər yayılıb.
Modern.az-ın xəbərinə görə, kadrlardan məlum olur ki, ASALA terror təşkilatının simvolları altında erməni uşaqlara insanları öldürmək və təxribatlar törətmək üçün təlimlər keçirilir.
Videogörüntülər sosial şəbəkələrdə etiraz doğurub. Şərhlərdə bildirilir ki, uşaqların cinayətlərə sövqe edilməsi ermənilərin terrorçu mahiyyətindən irəli gəlir.
Bundan öncə də Ermənistanda azyaşlıların hərbi təlimə cəlb edilməsi xəbərlər yayılmışdı. Bu isə ondan xəbər verir ki, Ermənistan hələ də çirkin əməllərindən əl çəkməyib və təxribatçı mövqedən çəkinmək niyyətində deyil.
Qeyd edək ki, beynəlxalq konvensiyaya əsasən 18 yaşına çatmamış şəxslərin hərbi xidmətə və təlimlərə cəlb edilməsi qadağandır.