Generalın ölüm xəbəri təkzib olundu

Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələri Komandanlığının sözçüsü Denis Zelinski “Vaqner” qruplaşmasının rəhbəri Yevgeni Priqojinin general İqor Tantsyuranın öldürülməsi ilə bağlı açıqlamasını təkzib edib.

 

Modern.az xəbər verir ki, Zelinski belə bir hadisənin baş vermədiyini bildirib. 

 

***

17:40

 

Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin sahibi Yevgeni Priqojin Ukrayna Silahlı Qüvvələrinin ərazi müdafiə qüvvələrinin komandiri İqor Tantsyuranın olduğu zirehli avtomobilin vurulduğunu iddia edib. 

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

 

“Bu gün saat 13:25-də “Vaqner”in artilleriya bölmələri zirehli avtomobili məhv etdi. Böyük ehtimalla Baxmuta gedən Ukrayna Silahlı Qüvvələrinin ərazi müdafiə qüvvələrinin komandiri İqor İvanoviç Tantsyura da zirehli texnikanın içində olub”,- deyə Priqojin bildirib.

 

O, hazırda məlumatın dəqiqləşdirildiyini söyləyib. 

 

Qeyd edək ki, Tantsyura ötən ilin mayında Ukrayna Silahlı Qüvvələrinin (AFU) ərazi müdafiə qüvvələrinin komandanı təyin edilib. Onun olduğu döyüş maşınının ruslar tərəfindən vurulması barədə xəbərlərə Ukrayna rəsmiləri hələlik reaksiya verməyib.

Mənbə

Share: