“Raşizm Rusiyanın irtica, nasist, totalitar və insanlığa qarşı nifrət ideologiyasıdır…”

“Raşizm Rusiyanın irtica, nasist, totalitar və insanlığa qarşı nifrət ideologiyasıdır…”

 

Raşizm nasizmdən barbarcasına qətllərə və dağıntılara millətin şüurlu surətdə kütləvi razılığı ilə fərqlənir…”

Ukrayna Ali Radası raşizmi Rusiya Federasiyasının ideologiyası hesab edərək Avropa Parlamenti və BMT-yə çağırış edib

Ukrayna Ali Radası “Rusiya Federasiyasının siyasi rejimi tərəfindən raşizm ideologiyasından istifadə edilməsini, raşizmin totalitar və insanlığa nifrət ideologiyasının əsasları və praktikasının pislənilməsi haqqında” bəyanat üzrə qətnamə qəbul edib.

Moderator.az xəbər verir ki, bu barədə “unian.net” nəşri yazıb.

Qərarın lehinə 281 deputat səs verib. Ali Rada müvafiq bəyanatında raşizmi Rusiya Federasiyasının dövlət siyasətinin əsasında dayanan ideologiyası və praktikası kimi pisləyir.

Ukrayna parlamenti Birləşmiş Millətlər Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT Parlament Assambleyası, xarici dövlətlərin hökumət və parlamentlərinə raşizmin ideologiyası, siyasəti və praktikasının pislənilməsinə dəstək göstərməyə çağırış edib.

Ali Rada raşizm cinayətkar ideologiyasından istifadə edən Rusiya prezidenti Vladimir Putinin “nasist totalitar rejimini” pisləyir.

Ukrayna parlamenti həmçinin beynəlxalq birliyə Rusiyanın hazırki siyasi rejimini cinayətkar, Rusiya Feferasiyasını terrorçu dövlət, terrorçu dövlətin orqanları və onun siyasi və hərbi rəhbərliyinin Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüzü zamanı törətdiklərini Ukrayna xalqına qarşı soyqırım kimi tanımağa çağırış edib.

Bundan başqa, Ali Rada beynəlxalq birliyə Rusiyanın hərbi-siyasi rəhbərliyinin Ukraynaya və Ukrayna xalqına qarşı təcavüz cinayətləri, insanlığa qarşı və soyqırım cinayətləri törətdyinə görə məsuliyyətə cəlb edilməsi üçün təsirli tədbirlər görülməsinə çağırış edib.

Ali Rada həmçinin dünya dövlətlərinə müraciət edədək Rusiya Federasiyasının indiki rejiminin, raşizmin ideologiya və praktikasının sülh və təhlükəsizlik üçün yaratdığı təhlükələrin qarşısının alınması naminə səylərin birləşdirilməsinə çağırış edib.

Rusiyanın müharibəsi-nələri bilmək lazımdır?

24 fevral 2022-ci il səhər Rusiya Ukraynaya soxularaq dinc yaşayış məntəqələrini bombalamağa başlayıb. Təkcə Donetsk vilayətinin Mariupol şəhərində on minlərlə insan həlak olub.

Ötən ilin may ayında Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak yazıb ki, Rusiya hakimiyyəti yeni irtica və insanlığa qarşı nifrət ideologiyasının rəsmən müəllifinə çevrilib.

Podolyakın fikrincə, raşizm nasizmdən millətin şüurlu surətdə maksimal barbarcasına qətllərə və dağıntılara kütləvi razılığı ilə fərqlənir.

Mənbə

Share: