Ukraynadan 5 ölkəyə taxıl tədarükünə qadağa qoyuldu

Ukraynadan 5 ölkəyə taxıl tədarükünə qadağa qoyuldu

Mayın 2-dən iyunun 5-dək Avropa Komissiyası Ukraynadan beş ölkəyə – Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiyaya buğda, qarğıdalı və günəbaxan toxumlarının tədarükünə qadağa qoyub.

 

Modern.az xəbər verir ki, bu barədə Komissiyanın saytında məlumat yayılıb.

 

“Bu ölkələr istisna olmaqla, Ukraynadan gələn buğda, qarğıdalı və günəbaxan toxumlarının Aİ-nin bütün üzv dövlətlərində sərbəst dövriyyəyə buraxılması davam edə bilər”, – açıqlamada bildirilir.

 

Xatırladaq ki, aprelin 15-də Macarıstan və Polşa tərəfindən Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa tətbiq edilib, aprelin 17-də Slovakiya, aprelin 19-da isə Bolqarıstan qadağaya qoşulub.

Mənbə

Share: